İsa Qəmbər də Almaniyaya etiraz etdi

  • By admin
  • 03 İyun 2016 10:17

isa

“Almaniya Bundestaqının saxta soyqırımı barədə qətnamə qəbul etməsi çox ciddi səhvdir. Bu həm siyasətin elmə, tarixə qarışması, həm tarixin saxtalaşdırılması, həm də ikitərəfli və çoxtərəfli münasibətlərə xələl gətirən bir addımdır”. Modern.az saytının xəbərinə görə, bunu Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər bildirib. Onun sözlərinə görə,  Azərbaycan dövləti və xalqı hər zamankı kimi Türkiyənin yanında olmalı və bu ədalətsiz qərara etirazını bildirməlidir. Eyni zamanda biz bu yanlış qərarın səbəblərini, motivlərini araşdırmalı, bu səbəb və motivləri də neytralllaşdırmalı və aradan qaldırmağa çalışmalıyıq”

Ötən gün Almaniya parlamenti qondarma erməni soyqırımının tanınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib. Bundan sonra Türkiyənin Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlu geri çağırılıb.

Məsələ ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da açıqlama verib. O, Almaniyanın addımının ikitərəfli əlaqələrə ciddi təsir edəcəyini bəyan edib.

Azərbaycan Xarici İşlər Nazirliyi də Almaniya Bundestaqının qərarını pisləyib.