İŞİD-ə daha bir ağır zərbə - 299 nəfər öldü

  • By admin
  • 24 Oktyabr 2016 11:40

mosul

İraqın Mosul şəhərinin İŞİD terrorçularından azad olunmasına yönəlmiş genişmiqyaslı hərbi əməliyyatlar davam edir.

Gununsesi.info Türkiyənin “Anayurt” qəzetinə istinadən xəbər verir ki, İraq ordusunun birləşmələri və kürd “peşmərgə”lər ölkənin ikinci ən böyük şəhərinin nəzarətinin İŞİD yaraqlılarından alınması əməliyyatları çərçivəsində Mosulun bir neçə kəndini – Kayyara mahalı ətrafında Harrara, Ər-Rasif, Asfiye, Tuveba, Əbu Feşge əl-Ulya, Əs-Süfla, Ahvene, Ayn, Eş-Şek əl-Ulya, Əs-Süfla və Əş- Səfiyyə kəndlərinin geri alındığı bildirilir.

İraq ordu birləşmələri tərəfindən verilən yazılı açıqlamada qeyd edilir ki, genişmiqyaslı hərbi əməliyyatlar zamanı 299 İŞİD silahlısı məhv edilib, 20 bomba yüklü avtomobil, eləcə də 45 ədəd bomba zərərsizləşdirilib.

Anar
Gununsesi.info