İŞİD 19 qızı diri-diri yandırdı -DƏHŞƏT

  • By admin
  • 05 İyun 2016 16:32

isid

İŞİD terror qruplaşmasının döyüşçüləri İraqın Mosul şəhərində 19 kürd əsilli qızı ictimaiyyət qarşısında edam ediblər. Gununsesi.info xəbər verir ki, bu barədə RİA Novosti xəbər yayıb.

Hadisə şahidi Abdulla əl-Mallanın sözlərinə görə, iyunun 2-də İŞİD terrorçuları Mosulun mərkəzi meydanlarının birində 19 qızı yüzlərlə insanın gözü önündə yandıraraq edam ediblər.

“Qızlar xəlifət döyüşçülərinin seks kölələri olmaqdan imtina etdikləri üçün cəzalandırılıblar”, – Abdulla deyib.

“Onları dəhşətli edamdan xilas etmək üçün heç kim heç nə edə bilmədi”, – o əlavə edib.