Vasif  Məhərrəmli “İntagram”dakı təhqirlərindən danışdı

  • By admin
  • 05 İyun 2016 10:41

 

vaska

Müğənni Vasif Məhərrəmli  “İnstagram” səhifəsində məhşur kişi geyim markası olan “Stefano Ricci”nin kəmərini tanımayan izləyicini“ “Stefano Ricci”di ay çuşka”  deyərək təhqir etmişdi. Bu isə sosial mediada müğənniyə qarşı sərt ifadələrə səbəb oldu.

V.Məhərrəmlinin özü ilə əlaqə saxlayan, Gununsesi.info-nun əməkdaşı yumor obyektinə çevrilən “Stefano Ricci” kəməri ilə bağlı qalmaqala aydınlıq gətirməyə çalışıb. İfaçı hər şeydən xəbərdar olduğunu və bu barədə danışmaq istəmədiyini bildirdi: “Mən bununla bağlı heç bir açıqlama verməyəcəm. Xalqın gözü tərəzidi. Məni tanıyanlar tanıyır, hamı bilir ki, mən necə biriyəm. Nə edirlər qoy etsinlər. Tamaşaçıların sayı 10 milyondu mən onlara nə deyim?”

Sevinc Xeyrulla