İŞİD 40 dinc sakini edam etdi

  • By admin
  • 11 Fevral 2017 21:51

isid

 

İŞİD terrorçuları Suriyanın Əl Bab şəhərində 40 mülki şəxsi edam edib.

Gununsesi.info xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

Bildirilib ki, sakinlər girov götürüldükdən dərhal sonra qətlə yetirilib.

Qeyd edək ki, İŞİD sözügedən şəhərdə hər tərəfdən mühasirəyə düşüb.

Türkiyə Silahlı Qüvvələri Əl Babın mərkəzinə doğru irəliləməkdədir.

 

Gununsesi.info