Ümrə ziyarətinə gedən 75 nəfər ölkəyə qayıdıb

  • Müəllif: admin
  • 11 Fevral 2017 22:10

1440644651_28187712e286f922b50468cd6820232f

 

Azərbaycandan fevralın 2-də Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən 75 nəfər bu gün vətənə qayıdıb.

Gununsesi.info xəbər verir ki,bu barədə Report-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.

O bildirib ki, qrup üzvləri səhhətləri və digər məsələlərlə bağlı heç bir problemlə üzləşmədən ziyarətlərini başa vurublar.

H.Babayevin sözlərinə görə, ziyarət üçün növbəti qrup mart ayının 10-dan sonra gedəcək.

O qeyd edib ki, bu mövsüm Ümrə ziyarətinə artıq 200-dən çox zəvvar gedib.

 

Gununsesi.info