İŞİD-in əsas liderlərindən biri məhv edildi 

  • By admin
  • 19 İyun 2018 22:42

İŞİD-in əsas liderlərindən biri məhv edildi - Sonu gəldi

İŞİD-in neft və qaz satışını qanunsuz həyata keçirən rəhbərlərindən biri – Əbu Xəttab əl-İraqi məhv edilib.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ koalisiyasının nümayəndəsi Şon Rayan deyib.

O bildirib ki, Xəttab daha 3 İŞİD döyüşçüsü ilə birgə mayın 26-da öldürülüb.

Rayanın sözlərinə görə, sözügedən terrorçunun öldürülməsi İŞİD-in Suriya və İraqdakı əməliyyatlarını xeyli zəiflədəcək.