Fazil Məmmədov özünə məxsus klinkada həkim nəzarətindədir  - Yanına heç kim buraxılmır

  • By admin
  • 19 İyun 2018 22:45

Fazil Məmmədov özünə məxsus klinkada həkim nəzarətindədir - Yanına heç kim buraxılmır

Xəstəxanaya yerləşdirilən sabiq vergilər naziri Fazil Məmmədovla bağlı gizli məqamlar üzə çıxıb. Criminal.az saytına daxil olan məlumata görə, F.Məmmədov xeyli müddətdir özünə məxsus olduğu iddia olunan Gəncə Beynəlxalq Klinikasında müalicə alır. Vəzifədən çıxarılandan sonra səhhətində ciddi problemlər olduğundan sabiq nazir ciddi həkim nəzarətinə götürülüb.

Onun yanına müalicəsinin ilk mərhələsində heç kim buraxılmayıb.
Onun niyə ölkədə müalicə olunmasına gəlincə, iddialar var ki, F.Məmmədovun ölkədən çıxışına qeyri-rəsmi qadağa var. Səbəb isə gizli ödəmə kəsirinin olmasıdır. Buna görə də, müalicə olunduğu klinikaya İsrail və Türkiyədən yüksək səviyyələri həkimlər dəvət olunur.

F.Məmmədovun təyin etdirdiyi sabiq və keçmiş icra başçıları da ona baş çəkməyib. Söhbətlər dolaşır ki, həmin icra başçılarını F.Məmmədov vəzifəyə təyin etdirsə də, onlar vəfasızlıq ediblər. Bunu dönüklük kimi qiymətləndirən də, kreslosunu qorumaq istəyi ilə əlaqələndirənlər var.

Onu da əlavə edək ki, 53 yaşı olan Fazil Məmmədovun hansı xəstəlikdən əziyyət çəkdiyi, müalicə kursunun nədən ibarət olduğu son zamanlara qədər sirr olaraq qalırdı. Mətbuatda yazılanlardan məlum olur ki, F.Məmmədovun səhhətindəki problemlər orqanizmindəki radioaktiv şüalarla bağlıdır. İddiaya görə, keçmiş nazir 1986-cı ildə baş verən Çernobıl qəzası zamanı hərbi mükəlləfiyyətli və gənc kadr kimi ora yardıma gedənlər arasında olub. Səhhətindəki problem də məhz o zamandan başlayıb. Çernobıla yardıma gedənlər və orda xəstəlik tapanlar keçmiş SSRİ ölkələrində qəhrəman kimi qəbul edilsələr və “müharibə veteranı” statusuna malik olsalar da, Fazil Məmmədov bu statusdan heç zaman istifadə etməyib. Əksinə, vaxtilə etdiyi bu fədakarlığı ümumiyyətlə tərcümeyi-halında göstərməyib.