İŞİD-in 22 səhra komandiri məhv edilib

  • Müəllif: admin
  • 09 Mart 2018 21:44

İraqın “Əl-Xaşd-əş-Şabi” hökumətyönlü hərbiləşdirilmiş dəstələri ölkənin şimalında Kirkuk vilayətində İŞİD terror qruplaşmasının 22 səhra komandirini məhv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə hökumətyönlü hərbiləşdirilmiş dəstənin rəsmi nümayəndəsi Əli Əl-Hüseyni bildirib.

O bildirib ki, “Əl-Xaşd-əş-Şabi” hökumətyönlü hərbiləşdirilmiş dəstələri Ər-Riyad və Əz-Zabda genişmiqyaslı əməliyyatlar keçirib. Əl-Hüseyninin sözlərinə görə, komandirlərdən başqa onlarla silahlı terrorçu da məhv edilib.

Gununsesi.info