
Əfqanıstan və Pakistan ərazilərində fəaliyyət göstərən İŞİD terror qruplaşmasının lideri öldürülüb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İŞİD terror təşkilatının Əfqanıstan və Pakistan üzrə lideri Hafiz Səidi ABŞ qüvvələri tərəfindən öldürülüb. Səidin ölümü öz təsdiqini tapsa, o zaman bu İŞİD-ə vuralan ən böyük zərbə olacaq.
Qeyd edək ki, bir müddət əvvəl Səidi “Taliban” terror təşkilatından İŞİD terror qruplaşmasına keçib.
Anar
Gununsesi.info