İŞİD-in edam etdiyi 50 nəfərin cəsədi tapıldı

  • Müəllif: admin
  • 28 Oktyabr 2017 18:27


İraq hərbçiləri Havicə şəhəri yaxınlığında İŞİD terrorçuları tərəfindən öldürülmüş 50 nəfər polis əməkdaşı və hərbi qulluqçunun dəfn olunduğu məzar aşkar ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə İraq ordusunun komandanlığı məlumat yayıb.

Qeyd edək ki, Havicə rayonu oktyabr ayının əvvəllərində terrorçulardan tamamilə təmizlənib.

 

Gununsesi.info