İŞİD-in Kərkükə hücumu nəticəsində azı 80 nəfər ölüb, 170 nəfər yaralanıb

  • By admin
  • 22 Oktyabr 2016 21:00

d420a7c54530406278d9d5b9c34c40e9

İŞİD terrorçularının İraqın Kərkük şəhərinə hücumu nəticəsində azı 80 nəfər ölüb, 170 nəfər yaralanıb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə  “Assoşieyted Press” xəbər yayıb.

Xəbərə görə,  ölənlərin əksəriyyəti təhlükəsizlik qüvvələrinin əməkdaşı olub.

Briqada generalı Həttab Ömərin sözlərinə görə, terrorçular ötən gün şəhərə bir neçə istiqamətdə hücum edib. Silahlılar və təhlükəsizlik qüvvələri arasında sutka ərzində şiddətli döyüşlər gedib. Döyüşlər bu gün şəhərin iki hissəsində davam edir.

Gununsesi.info