Cem Yılmaz taksi sürdü

  • By admin
  • 22 Oktyabr 2016 20:40

cem

Məşhur aktyor taksi sürdü Son günlərdə motosikletləri ilə gündəmə gələn Cem Yılmaz indi də yeni aldığı maşınının şəkillərini paylaşıb. Onun bu şəkilləri sosial mediyada böyük marağa səbəb olub. Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, maşınının üstünə taksi nişanı qoyan məşhur komediya ustası bu şəkli “Taksi candır” başlığı ilə paylaşıb. Onu da qeyd edək ki, Cem Yılmaz 800 min manat dəyərində olan “Lamborghini Huracan Couple” markalı maşınının nömrəsinə oğlu Kamalın və öz adının baş hərflərini yazdırıb.

Nigar Cəfərli

Gununsesi.info