
Əfqanıstanın Qədəhar vilayətində İŞİD Terror Təşkilatının Xorasan bölgəsi üzrə mətbuat katibi öldürülüb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Əfqanıstanda fəaliyyət göstərən ABŞ Komandanlığı məlumat yayıb.
Belə ki, iyunun 3-də ABŞ Hərbi Hava Qüvvələrinin Əfqanıstanın Qəndəhar vilayətinin Açin mahalına təşkil edilən hava hücumu zamanı İŞİD Terror Təşkilatının Xorasan bölgəsi üzrə mətbuat katibi Cavad Xan məhv edilib.
Qeyd edək ki, Əfqanıstanın Qəndəhar vilayətində İŞİD Terror Təşkilatına qarşı əməliyyatlar təxminən bir ildir ki, davam edir.
Anar
Gununsesi.info












