
İŞİD terror qruplaşmasının nüfuzlu liderlərindən biri keçirilən əməliyyat zamanı öldürülüb.
Gununsesi.info-nun “Milli Qazete”- yə istinadən xəbər verir ki, bu haqda Mosul Əməliyyatları komandiri, polkovnik Ahmed el-Cuburi “Anadolu” Agentliyinə veridiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, İŞİD-in “Əl-Mühacir və Əl-Ənsar” adlı radikal silahlı qruplaşmasının “üçüncü adamı” Əbu Həmzə Mosulun “son qalası” olaraq bilinən Hammam əl-Alil ətrafında təşkil edilən əməliyyatlar zamanı məhv edilib:
“Əbu Həmzə İraq ordusunun 15-ci divizyası tərəfindən tapılaraq öldürülüb”.
Anar
Gununsesi.info











