İŞİD Kərkükə hücumu davam etdirir

  • By admin
  • 27 Oktyabr 2016 16:27

mosul2

“Kərkük  hələ də İŞİD  silalhlılarının hücumlarına məruz qalır” .

Bu haqda Gununsesi.info-ya  Kərkükdə   Türkməneli Öyrənçi və Gənclər Birliyii Başkanı  Mardin Gökkaya məlumat verib.  Onun sözlərinə görə, Kərkükdə  hazırda vəziyyət hələ də gərgin olaraq qalır: “Hazırda İŞİD ordusunun hücumları nəticəsində 100 nəfər şəhidimiz var. 150-dən çox kərküklü isə yaralanıb. İŞİD ordusunun hücumlarından sonra eyni zamanda  naməlum döyüş təyyarələri Kərkük yaxınlığındakı  Dakuk bölgəsində İlxanlı Təkyəsində Aşura mərasiminə toplaşan türk qadın və uşaqlarına hücum edib. Nəticədə 15 dən çox qadın və uşaq həlak olub.  Daha sonra hərbi təyyarələr Təzəxurmatı ərazisinə hücum ediblər. Lakin dağıntılar baş versə də, insan tələfatı yoxdur”-, deyə o Kərkükdəki hazırkı durumu şərh edib.

mosulmuh mosul3

Gülnaz Qənbərli

Gununsesi.info