
Dünyanı lərzəyə salan İraq-Şam İslam Dövləti (İŞİD) Terror Təşkilatının İraqın Mosul şəhərində insanlar üzərində kimyəvi silah təcrübəsi keçirdiyi ortaya çıxıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İŞİD insanlar üzərində böcək dərmanlarını istifadə edərək 3 il ərzində kimyəvi silah sınağı keçirib.
Belə ki, “The Times” qəzetinin Mosul universitetinin yaydığı sənədlərə istinadən verdiyi xəbərdə deyilir ki, 3 il ərzində davam edən bu təcrübə sınaqları faşizm dövründəki sınaqları xatırladır.
Hazırda üzərində kimyəvi silah sınaqları keçirilən 2 əsirin həyatını itirdiyi ortaya çıxıb.
Xatırladaq ki, II Dünya Müharibəsində nasist həkim İosif Mengel düşərgələrdə saxlanılan əsirlər üzərində oxşar təcrübələr aparıb.
Anar
Gununsesi.info










