İŞİD “Rəvan Sığorta”ya hücum edib

  • By admin
  • 23 İyul 2016 10:48

revan

Hakerlər Azərbaycanın “Rəvan Sığorta” ASC-nin rəsmi veb-saytını dağıdıblar.

Gununsesi.info xəbər verir ki, sayta hücum edənlər İŞİD terror təşkilatını təmsil etdiklərini bildiriblər.

Dünya və Azərbaycan xalqına mesaj göndərən terrorçular saytda həm də Suriya hadisələrini özündə əks etdirən video yerləşdiriblər.

Terrorçular Qərbin alyansı ilə əlaqələrini kəsməyən ölkələrdə sonsuz müharibələrin olacağını və qan çaylarının axacağını bildiriblər.

Hazırda sayıtda İŞİD-in şuarları yerləşdirilib.

Xatırladaq ki, bir müddət əvvəl özlərini İŞİD terror təşkilatına aid edən hakerlər “Amrahbank” ASC-nin də saytını dağıtmışdılar.

 

Gununsesi.info