İŞİD rus zabitini öldürdü –  Rusiya təsdiqlədi

  • By admin
  • 20 Aprel 2017 23:20

isid-agir-zerbe

Rusiya Müdafiə Nazirliyi mayor rütbəli hərbi müşavir Oleq Bardovun terrorçuların hücumu nəticəsində öldüyünü təsdiqləyib.

Gununsesi.info axar.az-a istinadən xəbər verir ki, açıqlamada Bardovun suriyalı hərbçilərin təlimlərinə nəzarət edən müşavirlər qrupunda olduğu bildirilib.

Hərbçinin terrorçuların qarnizona girməsinin qarşısını aldığı zaman həlak olduğu və dövlət mükafatına layiq görüldüyü vurğulanıb.

Gununsesi.info