İŞİD terrorçuları insanları Fırat çayından su götürməyə qoymurdu

  • Müəllif: admin
  • 11 Sentyabr 2017 18:00

1502216942

“İŞİD terrorçuları Deyr ez-Zorda insanları Fırat çayından su götürməyə qoymurdu. Terrorçular mütəmadi olaraq çay sahilini atəşə tuturdular və insanları oradan su götürməyə imkan vermirdilər”.

Gununsesi.info xəbər verir ki, bunları Deyr ez-Zor şəhərində uzun müddət mühasirədə qalan Deyr ez-Zor şəhərinin sakini İrina Assaf “RİA-Novosti”yə açıqlamsında deyib.

Onun sözlərinə görə, şəhər yay vaxtlarında quru isti olduğundan insanlar yaşamaqda həddən artıq çətinlik çəkirdilər. “İnsanlar təkcə terrorçuların açdığı atəşdən deyil, eyni zamanda aclıqdan ölürdülər. Xüsusən də uşaq və qocalar. Qida tapılmırdı. Şəhərdə bütün it və pişiklər yox oldu. Bunları insanlar sadəcə aclıqdan ölməmək üçün yeyirdilər”- deyə, İrina Assaf şəhərdə mühasirədə yaşadığı günləri xatırlayarkən deyib.

İrina bildirib ki, Deyr ez-Zorda onun tanıdığı xeyli sayda insan ya terrorçuların hücumundan aldığı yaralardan, ya da aclıq və xəstəliklərdən dünyasını dəyişib.

İrina xeyli sayda insanın isə itkin düşdüyünü və onlardan xəbərin olmadığını dilə gətirib.

İrina  Assaf Xarkovda oxuyarkən suriyalı İbrahim Assaf ilə tanış olub və ailə həyatı qurub. Ali məktəbi bitirdikdən sonra 1994-cü ildə Suriyanın Deyr ez-Zor şəhərinə köçüblər.

Gununsesi.info