İŞİD yoxdur, Bayden isə coğrafiyanı “unudub”

  • By admin
  • 10 Oktyabr 2021 10:49

Türkiyə BMT-nin 51-ci maddəsinə əsasən terror təşkilatlarına qarşı özünümüdafiə hüququndan istifadə edir.

Gununsesi.info xəbər verir ki, bunu türk professor Məsud Haqqı Çaşın ABŞ Prezidenti Co Baydenin “Türkiyənin Suriyadakı hərbi əməliyyatları İŞİD-lə mübarizəmizi baltalayır” fikrini şərh edərkən deyib.

“Hər halda Bayden bölgənin coğrafiyasını unudub. Ora Suriya torpağıdır. Biz də BMT-nin 51-ci maddəsinə əsasən terror təşkilatlarına qarşı özünümüdafiə hüququndan istifadə edirik. Bundan başqa, ABŞ-ın da imzaladığı çox vacib BMT qətnaməsi var. Əgər bir dövlət öz ərazisinin başqa bir dövlətə qarşı terror bazası olaraq istifadə edilməsinə icazə verərsə, zərər çəkmiş dövlətin özünü qorumaq haqqı vardır. O torpaqlardan istifadə edən dövlət də məsuliyyət daşıyır.

Artıq İŞİD deyilən terror təşkilatı yoxdur. ABŞ-ın eks-prezidenti Donald Tramp İŞİD-i Obama və Klintonun yaratdığını iddia edirdi. İndi İŞİD hardadır? Yoxdur”, – professor bildirib.

Gununsesi.info