İşlədiyi yerdən oğurluq etdi

  • Müəllif: admin
  • 21 Oktyabr 2016 15:50

ogru

Abşeron rayon polis idarəsinə rayon ərazisində yerləşən yuyucu məntəqələrinin birindən  kompressor oğurlanması barədə məlumat daxil olub.

Gününsəsi.info xəbər verir ki, cinayət axtarış idarəsinin əməliyyatçılarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində   kompressor oğurlmaqda şübhəli bilinən şəxs saxlanılıb.  Məlum olub ki, oğurluğu törədən şəxsin avtoyuma məntəqəsində yuyucu işləyən Lənkaran şəhər sakini Əliağa Süleymanovdur. Oğurluq hadisəsindən sonra yoxa çıxan 26 yaşlı Əliağa polisi tərəfindən Lənkaran şəhərində saxlanılıb. Polis idarəsində dindirilən Əliağa oğurluq hadisənin onu tərəfindən törədilməsini təsdiqləyib. Narkotik maddələrin qanunsuz dövriyyəsinə görə məhkum olunan Əliağa Süleymanov məhkumluğunu başa vurandan sonra Bakıya iş axtarmağa gəldiyini deyir.Avtoyuma məntəqəsini işlədən Əliağa rayona qayıdmaq fikrinə düşəndə isə iş yerindəki kompressoru oğurlamaq qərarına gəlib. O, 5000 manatdan artıq dəyəri olan kompressoru 300 manata sataraq Lənkarana yollanıb. Əldə etdiyi pulu tanışları ilə yeyib içməyə xərclədiyini bildirən Əliağa tutduğu əməldən peşiman olduğunu deyir.

Faktla əlaqədar başlanan Cinayət işi üzrə araşdırmalar davam edir.

Gününsəsi.info