“İslahatlar üçün bir trilyon dollar lazımdır” - LUKAŞENKO

  • By admin
  • 26 İyun 2020 15:50

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə iqtisadiyyatında köklü islahatlar aparmaq üçün bir trilyon dollar vəsaitə ehtiyac olduğunu bildirib.

Gununsesi.org-un məlumatına görə, xəbəri “İnterfaks” agentliyi yayıb.

“Biz yenisini qurmaq adı ilə dayanıqlı iqtisadiyyatın təməllərini sarsıtmaq siyasətini həyata keçirmədik. Əlbəttə, bunu etmək olardı. Ancaq bunun üçün yüz milyardlara yox, bir trilyon dollara ehtiyac var. Bizim bu qədər pulumuz yoxdur, heç digər ölkələrin də bu qədər maliyyə qaynaqları mövcud deyil”, – deyə A.Lukaşenko qeyd edib.

Prezident əlavə edib ki, Belarus Sovet dövrünün mirasını dağıtmağa yox, onu yeniləməyə çalışır.

 

 

Gununsesi.org