Özbəkistan prezidenti İslam Kərimovun ölüm ayağında olması və bundan sonra ölkəyi kimin hakimlik etməsi məsələsi dünya mediasının diqqət mərkəzindədir.
İndi hamını düşündürən bir məsələ var. İslam Kərimovu kim əvəz edəcək? Onun varisi kim olacaq? Ekspertlər meüxtəlif versiyalar irəli sürür. İslam Kərimov ölkəni idarə edə bilməyəcəyi təqdirdə konstitusiyaya uyğun olaraq prezidentin səlahiyyəti müvəqqəti olaraq Senat sədrinə keçir. İndiki şəraitdə İ.Kərimov ölkəni idarə edə bilməyəcəyi təqdirdə Özbəkistan qanunla yeni prezident seçilənədək Senatın sədri Niqmatulle Yuldaşev idarə edəcək.
Gununsesi.info xəbər verir ki, əksər ekspertlər hesab edir ki, Özbəkistanın yeni rəhbəri olmaq şansına hazırki baş nazir Şövkət Mirziyayev, Milli təhlükəsizlik xidmətinin rəhbəri rüstəm İnayətov və İslam Kərimovun həyat yoldaşı Tatyana Kərimovanın adını çəkirlər.Baş nazir Ş.Mirziyayev 2003-cü ildən hökumətə rəhbərlik edir və bu onun hakim ailəyə daha yaxın olduğunun göztəricisi hesab olunur. Ekspertlər R.İnayətovu da ailəyə yaxın rəhbər kadrlardan hesab olunan şəxslərdən biri hesab olunur. Ekspertlər İslam Kərimovdan sonra Mirziyayevi, İnayətovu və T. Kərimovanı ölkənin ən əsas aparıc siyasi fiqurları hesab edir.
“Ferqana.ru”-nun baş redaktoru Daniil Kislov hesab edir ki, İslam Kərimovun başına bir iş gələcəyi təqdirdə varis bu iç bu qrupun işindən olacaq. Politoloqlar 72 yaşlı R.İnayətovun prezident olmaq iddiasından uzaq olduğunu dilə gətirib və deyib ki, belə bir niyyəti yoxdur.
Baş nazir Şövkət Mirziyayevə gəldikdə isə D. Kislov deyib ki, bu ölkədə tanınmış sima olduğundan onun prezodent seşilmək ehtimal daha çoxdur. “Artıq 20 ilə yaxındır ki, Ş.Mirziyayev İslam kərimovla çiyin-çiyinədir”- deyə, D. Kiclov bildirib.
Karnegi Fondunun Moskva mərkəzinin baş eksperti Aleksey Malaşenko isə Şövkət Mirziyayevi kompromisə hazır insan kimi xarakterizə edərək, onun İslam Kərimov kimi xarizmaya və populyarlığa malik olmadığını deyib.
Bununla belə A.Malaşenko hesab edir ki, Ş.Mirziyayevi indiki şəraitdə ən optimal siyasətçi hesab edir: “Çünki, yalnız o, prezident seçiləcəyi təqdirdə indiki hakimiyyətin daxili və xarici siyasətini davam etdirəcək”.
Beynəlxalq siyasi ekspertiza institutunun eksperti Yevgeniy Minşenkonun fikrincə, Ş.Mirziyayev xarici siyasətdə fərqli siyasi güclər arasında balanslaşdırılmış siyasi kursu davam etdirə biləcək yeganə şəxsdir.
D. Kislov isə Mirziyayevi Rusiyapərsət adam hesab edir. “Amma bu o anlama gəlməməlidir ki, Ş.Mirziyayev prezodent seçilən kimi Özbəkistan həmən Avrasiya İqtisadi Birliyinə və yaxud Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatına qoşulacaq”-o bildirib.
Şövkət Mirziyayevin bir üstünlüyü də ondan ibarətdir ki, o Cizak əyalətindədir. İslam krimov isə Səmərqənd vilayətindən və bu iki vilayət qonşudur. Bu iki əyalətin klanı da bir-biri ilə yaxşı münasibətləri var.
Mirziyayevin dah bir üstünlüyü isə onun rusiyalı özbəkəsilli miyarder Əlişir Usmanovla uzaq qohumluq əlaqələri var.
Bununla belə siyasilər baş nazirin müavini, maliyyə naziri Rüstəm əzimovun da ölkə rəhbəri olması şansının az olmadığını ehtimal edirlər.
O da bir sıra üstün xarakterlərə malikdir. Birincisi, R. Əzimov Daşkənd Dövlət Universitetini, daha sonra Oksfordda magistr dərəcəsi alıb. O eyni zamanda Özbəkistanda tanınmış alim Sadık Əzimovun oğludur. R.Əzimov 1992-98-ci illərdə Avropa yenidənqurma və inkişaf bankında işləyib. Daha sonra Milli bankın sədri kimi xarici iqtisadi əlaqələrlə məşğul olub. Sonra isə Ba. Nazirin birinci müavini və maliyyə naziri kimi fəaliyyət göstərib. R.Əzimov , Mirziyayevdən fərqli olaraq qərbpərəst mövqeyə amlik insan kimi tanınır. O da Mirziyayev kimi İslam kərimova loyal şəxslərdən biri hesab olunur.
Ekspertlər hesab edir ki, R.Əzimov Milli təhlükəsizlik xidmətinin rəhbəri rüstəm inayətovun dəstəyinə arxalanaraq hakimiyyətə gələ bilər.
Ailə daxilindən varis məsələsinə gəldikdə isə ekspertlər hesab edir ki, Gülnarə və Lola Kərimovaların hakimiyətə gəlişini mümkün hesab etmirlər. Baxmayaraq ki, bir müddət öncə Gülnarəninvaris olması haqqında müəyyən fikirlər səslənib. Şünki İslam Kərimovun böyük qızı Gülnarə 1996-cə ildə Nyu-Yorkda Harvard Universitetində incəsənət üzrə magistr dərəcəsi alıb. O, siyasi fəaliyyətə 1995-ci ildə Xarici işlər nazirinin müavini kimi başlayıb. Bununla belə Gülnarə BMT-də Özbəkistann təmsilçisi və 2012-ci ilədək İspaniyada səfir vəzifəsində çalışıb. Ondan sonra isə bizneslə məşğul olmağa başlayıb.
Gülnarədən fərqli olaraq Lola heç bir siyasi nüfuza malik olmayan şəxsdir.
Gununsesi.info