“Bandotdel” vəkili həbs edib

  • By admin
  • 16 İyun 2026 07:54

DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi  “De Fendo” Vəkil Bürosunun vəkili Şahin Məmmədovu həbs edib.

Gununsesi.infonun əldə etdiyi məlumata görə, buna səbəb adıçəkilən vəkilin dələduzluqda ittiham olunmasıdır.

Bildirilir ki, aparılan araşdırmalarda Şahin Məmmədovun ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq etməsi faktları üzə çıxıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Şahin Məmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, keçmiş vəkil Şahin Məmmədov Vəkillər Kollegiyasının (VK) üzvlüyündən xaric edilib.

 

Günay

Gununsesi.info