İslam Kərimovu kim əvəzləyəcək?

  • By admin
  • 04 Sentyabr 2016 22:25

i

Özbək müxalifəti dirçələ bilər; Şahin Cəfərli: “Ölkədə vəziyyətin gərginləşməsi ehtimalı da var”

 

26 il Özbəkistana rəhbərlik etmiş İslam Kərimovun vəfatından sonra onu kimin əvəzləyəcəyinə dair müzakirələr gedir. Ekspertlər hesab edirlər ki, iqtidar Kərimovun formalaşdırdığı komandanın əlində qalacaq. Bunun əksini söyləyənlər də az deyil.

Özbək müxalifətinin hakimiyyətə gəlmə şansları az qiymətləndirilir. Buna səbəb kimi də qapalı ölkə olan Özbəkistana 26 il rəhbərlik edən bir şəxsin özbək müxalifətini darmadağın etməsidir. Mərhum prezidentin Gülnarə və Lalə Kərimovlar ad-soyadlı iki qız övladı var.

Ekspertlər hakimiyyətin onların heç birinə keçməyəcəyini daha çox proqnozlaşdırırlar. Sağlığında İ.Kərimovun qızı G.Kərimova münasibətləri yaxşı olmayıb və hətta onu ev dustağı edib. Təsadüfi deyil ki, Kərimova atasının dəfnində belə iştirak etməyib. Digər qız övladı Lalə Kərimovanın isə ölkə rəhbəri olmaq şansları sıfır səviyyəsində qiymətləndirilir. Bütün bunlar Özbəkistanın yeni rəhbərinin kimin olacağına olan maraqları artırır.