İslamiada:  Azərbaycanın 7 boksçusu yarımfinala yüksəlib 

  • By admin
  • 16 May 2017 20:30

islamskie-igri

 

Azərbaycanı “Bakı 2017″ IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən boksçu Kamran Şahsuvarlı yarımfinala yüksəlib. “Report”un məlumatına görə, 75 kq çəki dərəcəsində yer alan Şahsuvarlı 1/4 finalda türkiyəli İhsan Erdoğanı yenib.

Beləliklə, Azərbaycanın yarımfinala yüksələn boksçularının sayı 7-yə çatıb. Kamran Şahsuvarlı (75 kq) və Rauf Rəhimovdan (81 kq) əlavə, Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) finala vəsiqə uğrunda yarışacaqlar. Məsut Yusifzadə (52 kq) və Elvin İsayevdən (64 kq) əlavə, Rüfət Hüseynov (49 kq) da 1/4 finalda uduzaraq, mübarizəni dayandırıblar.

 

Gununsesi.info