İslamiadada mübarizə aparacaq cüdoçularımız müəyyənləşdi

  • Müəllif: admin
  • 05 May 2017 09:54

islam_games

Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək cüdo üzrə milli komandamızın heyəti müəyyənləşib.

Gununsesi.info Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, millimiz İslamiadada 9 kişi və 9 qadın cüdoçu ilə təmsil olunacaq.

Belə ki, kişi cüdoçuların fərdi yarışlarında Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) mübarizə aparacaq. Komanda yarışlarında isə Rüfət İsmayılov (81 kq) və Uşanqi Kokauri (+100 kq) digər cüdoçularımızla birgə yarışacaq.

Qadınların mübarizəsində Aişə Qurbanlı,Erdenebat Bazarraqça (hər ikisi 48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova, Munxtsedev İçinxorlu (hər ikisi 57 kq), Xanım Hüseynova (63 kq) və İrina Kindzerska (+78 kq) tatami üzərinə çıxacaq. Daha iki cüdoçu – Purevsuren Buyanxişiq (52 kq) və Gülsədəf Kərimova (70 kq) qadınların komanda yarışları üçün sifariş olunub.

Qeyd edək ki, cüdo yarışları 13-15 may tarixində Heydər Əliyev adına Bakı İdman Sarayında keçiriləcək.

Anar

Gununsesi.info