İslamiadaya qatılacaq Azərbaycan idmançılarının sayı açıqlanıb

  • By admin
  • 27 Aprel 2017 15:06

opening-ceremony-baku-2015-1st-european-games-ilmazuitqp0l

Azərbaycanın İslam Həmrəyliyi Oyunlarında neçə idmançı ilə təmsil olunacağı dəqiqləşib.

Yarışın Əməliyyat Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, yığmamız İslamiadada 335 idmançı ilə təmsil olunacaq.

Mayın 12-22-də keçiriləcək yarışda komandamız 21 növün hər birində çıxış edəcək.

Qeyd edək ki, yarışın rəsmi açılış mərasimi mayın 12-də olsa da, İslam Həmrəyliyi Oyunları ayın 8-də futbol yarışı ilə başlayacaq.

Gununsesi.info