“Avropa Şurası əhəmiyyətsiz, lazımsız bir qurumdur”   - QÜDRƏT HƏSƏNQULİYEV

  • By admin
  • 27 Aprel 2017 15:12
 sedr qudret bey
“Tam məsuliyyətlə deyirəm ki, Avropa Şurası əhəmiyyətsiz, lazımsız bir qurumdur”.
Bunu Gununsesi.info-ya açıqlamasında  millət vəkili Qüdrət Həsənquliyev Avropa Şurasının Türkiyəni yenidən monitorinq altına alınan ölkələr sırasına qəbul edilməsi ilə bağlı qərarını şərh edərkən deyib.
Onun sözlərinə görə, bu gün dünyada, beynəlxaql təşkilatlarda   ikili standartlar siyasəti var, bu, birmənalıdır. “Biz Avropa Şurasının ikili standartının dəfələrlə şahidi olmuşuq və onların Türkiyə ilə bağlı qərarı da bu qəbildən olan qərardır. AŞPA-nın  bu qərarı qərəzli və qeyri-obyektiv bir qərardır”- deyə, Q. Həsənquliev vurğulayıb.
Bununla belə o əlavə edib ki,  AŞPA-nı ittiham edərkən i, Türkiyədə də hər şey ideal olduğunu demək  ədalətsizlik olardı: “Burada hər iki amil var. Yəni həm AŞPA-nın Türkiyəyə qarşı ikili standartla yanaşması, həm də Türkiyənin özünün atdığı addımlar.  Bu amillər AŞPA-nı belə bir qərar verməsini şərtləndirib şərtləndirib”.
Millət vəkili ümumiyyətlə AŞ-ni lazımsız bir qurum hesab edib: “Ümumiyyətlə, tam məsuliyyətlə deyirəm ki, Avropa Şurası əhəmiyyətsiz, lazımsız bir qurumdur. Biz bu qurumdan hansısa məsələ ilə bağlı ciddi, prinsipial qərar görməmişik. Məsələn, Azərbaycan torpaqları işğal olunub, Avropa Şurasında dəfələrlə bu məsələ qaldırılıb. Çalışıblar ki, işğalçıya da, işğala məruz qalana da bərabər münasibət sərgiləsinlər”.
Buna baxmayaraq  Q.Həsənquliyev bildirib ki,  AŞPA lazımsız bir quruma olsa da, oradan iştirak etməmək yanlışlıq olardı. “Azərbaycan  bu tribundan imtina etməli yox, yararlanmalıdır. Biz  təkcə bundan deyil, ümumiyyətlə bütün beynəlxalq və regional təşkilatların tribunasından  istifadə edib, öz məqsədlərimiz üçün  faydalanmalıyıq. Azərbaycan belə tribunlardan istifadə etməsə, bizim rəqiblərimiz, ermənistan kimi düşmənlərimiz bundan  faydalanacaqlar və o, tribunalarıdan bizim əleyhimizə istifadə edəcəklər. Odur ki, bu, beynəlxalq təşkilatlar  nə qədər əhəmiyyətsiz olsa da, ora bir tribunadır və ondan faydalanmalıyıq. Çünki bu təşkilatlar diplomatların, siyasətçilərin toplaşdığı, parlamentarilərin olduğu bir forumdur. Bird aha deyirəm biz istifadə etməsək ermənilər bundan yaralanıb bütün istədirklərini həyata keçirə bilər. Ən azından orada biz bu meydanlardan istifadə edib  beynəlxalq aləmə mövqeyimizi çatdırırıq. Bizə qarşı olan məkrli planları ifşa edirik,  qəbul olunan qərarları blok etməyə çalışırıq. Bacardıqca  Azərbaycanın milli maraqlarına uyğun, Ermənistanın işğalçılıq siyasətini pisləyən qərar və qətnamələrin qəbuluna nail oluruq.  Bir bir oradakı nümayənədlərlə görüşüb real vəziyyəti izah edirik. Çox ciddi işlər görülür. Düzdür, deyilə bilər ki, bəs, niyə nəticə yoxdur. Son nəticədə onlar niyə Azərbaycana qarşı ikili standartlara etiraz etmirlər və yazud işğalçı ilə işağala məruz qalanı  bərabər səviyyədə tuturlar. Bax bizim də etirazımız  beynəlxalq təşkilatların ikili standartınadır. Bəzən  vəziyyəti bildikləri və həqiqətin kimin tərəfində olduqlarını bildikləri halda,  yenə də  təmsil olunduqları güclərin marağlndan çıxış edirlər. Amma  buna baxmayaraq  məhz görülən işlərin nəticəsində dünyada vəziyyəti xeyli xeyrimizə dəyişə bilmişik. Ən azından onlar  vəziyyət haqqında bilgi alırlar”- deyə, Q. Həsənquliyev bildirib.
Mürtəza
Gununsesi.info