Bizim İsrail xalqına qarşı düşmənçiliyimiz yoxdur - Ərdoğan

  • Müəllif: Şəbnəm
  • 25 Sentyabr 2026 16:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İsrail xalqına qarşı düşmənçilik mövqeyi tutmadığını bildirib.

Gununsesi.info xəbər verir ki, Ərdoğan İsraildə Türkiyəni yeni təhlükə mənbəyi kimi təqdim edən fikirlərin yayıldığını deyib. Onun sözlərinə görə, bu ritorika İsrailin daxili siyasi prosesləri və seçki mühiti ilə bağlıdır.

“Türkiyənin nə İsrail xalqına, nə də başqa bir xalqa qarşı düşmənçiliyi var. Biz beynəlxalq hüquqa zidd hesab etdiyimiz siyasətə və regionumuzda qeyri-sabitliyi artıran addımlara qarşı çıxırıq”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

 

 

Gununsesi.info