İspaniya 3-cü dəfə Avropa çempionu oldu

  • Müəllif: admin
  • 20 May 2017 07:10

ispaniya

Xorvatiyada 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatına yekun vurulub.

Gununsesi.info-nun UEFA-nın saytına istinadən verdiyi xəbərə görə, finalda İngiltərə və İspaniya milliləri üz-üzə gəlib.

Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan İspaniya 4:1 hesabı ilə qalib gələrək tarixində 3-cü dəfə Avropa çempionu olub.

Qeyd edək ki, ötən il U-17 Avropa çempionatı Azərbaycanda keçirilib. Turnirin qalibi Portuqaliya olub.

Gununsesi.info