İspaniyada zavodda partlayış oldu: ölənlər var

  • Müəllif: admin
  • 16 Yanvar 2020 12:10

İspaniyanın Tarraqona əyalətində neft-kimya zavodunda baş verən partlayış zamanı azı 3 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.

Gununsesi.org-un Trend-ə istinadən verdiyi məlumata görə, daha əvvəl 2 nəfərin öldüyü bildirilirdi. Məlumata əsasən, xəstəxanaya yerləşdirilən yaralılardan biri həlak olub.

Bildirilir ki, Tarraqona şəhərində partlayış zamanı həlak olanlarla əlaqədar ikigünlük matəm elan edilib.

Xatırladaq ki, neft-kimya zavodunda partlayış ötən gün baş verib. Partlayışın səbəbi barədə məlumat verilmir.

Gununsesi.org