UEFA Ronalduya görə qaydaları dəyişdi

  • By admin
  • 16 Yanvar 2020 12:16

UEFA “Yuventus” klubunun ulduz futbolçusu Kriştianu Ronaldunu rəmzi 11-liyə salmaqdan ötrü 10 il bundan öncə qəbul edilmiş 4-3-3 sxemini 4-2-4 sxeminə dəyişib. 

Gununsesi.org xəbər verir ki, nəticələr barədə məlumat UEFA-nın “Twitter” səhifəsində dərc edilib.

Mütəxəssislər qeyd edir ki, azarkeşlər arasında aparılan səsvermənin nəticəsində K.Ronaldu Lionel Messi (“Barselona”), Robert Levandovski (“Bavariya”) və Sadio Manedən (“Liverpul”) geridə qalaraq ən yaxşı hücumçuların üçlüyünü düşə bilməyib.

Belə olan halda UEFA Ronaldunu ən yaxşı 11-liyə daxil etmək üçün 4-2-4 sxemindən istifadə edib.

Gununsesi.org