İsrail-Azərbaycan münasibətləri BMT-də təriflənib

  • By admin
  • 20 Sentyabr 2017 07:20

4bk99f77569792eihv-800c450

İsrail Azərbaycan və Qazaxıstan kimi müsəlman ölkələri ilə əməkdaşlığı genişləndirib.

Gununsesi.info xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu ötən gün BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı bildirib.

İsrailin müsəlman ölkələri ilə münasibətlərindən söz açan Binyamin Netanyahu, ölkəsinin Azərbaycanla əlaqələrini nümunə gətirib: “Biz, Azərbaycan və Qazaxıstandakı müsəlman dostlarımızla əməkdaşlığımızı genişləndirmişik”.

Netanyahu, İsrailin Fələstin də daxil olmaqla, bütün ərəb qonşuları ilə sülhə nail olmaq istədiyini qeyd edib: “Biz İordaniya və Misirlə sülhə nail olduq. Dünən burada Misir prezidenti Abdel-Fəttah əl-Sisi ilə görüşdüm. Mən onun sülhün bərqərar olunmasına verdiyi dəstəyi alqışlayıram və sülhün daha da genişləndirilməsinə dair onunla, eləcə də regionun digər liderləri ilə sıx əməkdaşlıq edəcəyimizə ümid edirəm”.

Gununsesi.info