İsrail daha 3 fələstinlini qətlə yetirdi – Qətliamlar davam edir

  • By admin
  • 14 Yanvar 2023 14:57

İsrail dövləti Fələstin vətəndaşlarına qarşı şiddətini davam etdirir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ötən gün işğalçı İsrail qüvvələri etdikləri basqınla daha 2 fələstinlini öldürüb. Qətlə yetirilənlər gənclərdir.

İşğal etdikləri Qərbi Şəriədə qətliamlarına davam edən İsrail əsgərləri silahlı atəşlə bölgədəki fələstinliləri qətliama məruz qoyur.
Digər tərəfdən İsrail qüvvələri tərəfindən bu ilin yanvarında başından vurulan digər fələstinli 10 gün ağır həkim nəzarətinin altında qalsa da, dünən vəfat edib.
Öldürülən Fələstin gəncləri Yezin Caberi , İzzəddin Hamamere və Emced Haliliyədir.

Bunula birlikdə işğalçı İsrailin 2023-cü il içində qətlə yetirdiyi fələstinlilərin sayı 12-yə yüksəlmiş oldu.

İsrailin qətliamları ölkədəki radikal sağçı hökumətin də təsiri ilə artaraq davam edir.

 

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info