İsrail ordusu HƏMAS-ın reaktiv yaylım atəşi sistemlərini məhv edib

  • By ilhame
  • 06 Noyabr 2023 22:35

İsrail ordusu HƏMAS-ın reaktiv yaylım atəşi sistemlərini məhv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrail Müdafiə Qüvvələrinin bölmələri Qəzza zolağında quru əməliyyatları zamanı HƏMAS-ın mülki obyektlərdən terrorizm üçün istifadə etdiyini aşkarlayan sübutlar təqdim edib. Daha sonra məscidlərdən birinin yaxınlığında təşkilatın istifadə etdiyi reaktiv yaylım atəş sistemləri sıradan çıxarılıb.

Bundan əlavə, Qəzza zolağının şimal hissəsində İsrailə yönəlmiş daha 50 raket aşkarlanıb.

Gununsesi.info