İsrail polisi 11 yaşlı fələstinlini güllələdi

  • By admin
  • 29 İyul 2021 09:44

İordan çayının qərb sahilində 11 yaşlı fələstinli uşaq İsrail sərhəd polisi tərəfindən güllələnib.

Gununsesi.info xəbər verir ki, bu barədə yerli “Maan” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Hevron əyalətinin şimalındakı Beyt-Umar kəndinin girişində baş verib. Bildirilir ki, İsrail təhlükəsizlik qüvvələri dəfn mərasimində iştirak etmək üçün atası ilə getdiyi avtomobilə atəş açıblar. Sinəsindən ağır yaralanan uşaq Hevron şəhərindəki xəstəxanaya aparılsa da, aldığı yaralardan orada keçinib.