İsrail Polisi: -“Etirazlara nəzarəti itirmişik”

İsraildə yüksək rütbəli təhlükəsizlik rəsmisi məlumatına əsasən, baş nazir Benyamin Netanyahunun müdafiə naziri Yoav Gallantı istefaya göndərməsindən sonra polis ölkənin müxtəlif bölgələrində keçirilən nümayişlərə nəzarəti itirib.

Gununsesi.info İsrail mediasına istinadən xəbər verir ki, Netanyahunun ölkədə siyasi böhrana və kütləvi etirazlara səbəb olan mübahisəli məhkəmə tənzimləməsinə son qoymağa çağıran müdafiə naziri Gallantı işdən çıxarmasından sonra yüz minlərlə israilli dünən küçələrə çıxıb.

Haaretz qəzetinin yazdığına görə, İsraildə adı açıqlanmayan yüksək rütbəli polis məmuru “Biz etirazlara nəzarəti itirmişik” deyərək fikrini bildirmişdir.

Başqa bir təhlükəsizlik məmuru orada olanları dəlilik adlandırıb. O ,bu vəziyyətə nəzarət edə bilməyəcəyini qeyd edib.

 

 

Tərcümə:

Şəbnəm

Gununsesi.info