İsrail prezidentindən Fələstinlə bağlı sürpriz AÇIQLAMA

  • By admin
  • 12 İyul 2021 16:00

İsrail Prezidenti İsaak Herzoq Fələstin dövlət başçısı Mahmud Abbasa iki tərəf arasında dialoqu yenidən başlamaq niyyətində olduğunu bildirib.

“Fələstin dövlət başçısı Abbasla danışdım və əvvəlki İsrail prezidentlərinin etdiyi kimi fələstinlilər və israillilər arasında dialoqun yenidən başlamasını və davam etdirilməsini planlaşdırdığımı ona dedim”, – Herzoq “Twitter” hesabından açıqlama verib.

O ümid edir ki, dialoq əlaqələrin yaxşılaşdırılmasına və iki xalq arasında barışıq yaradılmasına kömək edəcək.

Fələstinin WAFA xəbər agentliyinin verdiyi məlumata görə, Abbas Herzoqla telefon danışığında Qəzza, İordan çayının qərb sahili və Qüdsdə davamlı sülhün təmin edilməsinin vacibliyini vurğulayıb.

Abbas vurğulayıb ki, hərtərəfli və ədalətli sülh üçün lazımi şəraitin yaradılmasına görə əməli addımlar atılmalıdır.

Gununsesi.info