İsrail və Türkiyə arasında yeni dönəm başlayır: Ərdoğan səfir İrit Lillianı qəbul etdi

  • By admin
  • 28 Dekabr 2022 16:37

İsrail səfiri İrit Lillian Türkiyə Prezidentinə etimad məktubunu təqdim edib.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin bu ölkədəki yeni səfiri xanım İrit Lillianı qəbul edib.

Prezident Sarayında keçirilən qəbul zamanı İsrailin Baş diplomatı bu ölkənin rəhbəri Ərdoğana etimad məktubunu təqdim edib.

Xatırladaq ki, İsrail və Türkiyə arasındakı normallaşma dönəmi çərçivəsində qarşılıqlı şəkildə səfirlərin təyinatı qərarlaşdırılmışdı.

Türkiyənin İsrailə göndərdiyi səfir Şakir Özkan Torunlar da yaxın zamanda etimad məktubunun nüsxəsini İsrailin Xarici İşlər Nazirliyinə təqdim etmişdi.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info