İsrail yenə seçkiyə gedir

  • By admin
  • 23 Dekabr 2020 14:29

Korrupsiya ittihamları ilə mühakimə olunan Netanyahu və onun rəqibi Benni Qants bir-birini hökumətin iflasına görə ittiham ediblər

İsrail son iki ildə dördüncü dəfə parlament seçkisi keçirəcək. Baş nazir Bencamin Netanyahunun rəhbərlik etdiyi birlik hökuməti büdcəylə bağlı razılığa gələ bilməyib.

Knesset dekabrın 23-də avtomatik olaraq buraxılıb. Martda yeni seçki keçirilməlidir.

Korrupsiya ittihamları ilə mühakimə olunan Netanyahu və onun rəqibi Benni Qants bir-birini hökumətin iflasına görə ittiham ediblər.

Gununesi.info