İsraildə keçirilən toyun dağıdılması zamanı qarşıdurma… - 3 polis əməkdaşı yaralandı

  • By admin
  • 13 Fevral 2021 19:22
İsrailin Samariya əyalətindəki Itamar qəsəbəsində xüsusik karantin rejiminin qadağalarına rəğmən keçirilən kütləvi toy hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən dağıdılıb. 
Gununsesi.info-nun  yerli mediaya istinadla  verdiyi xəbərə görə, olay zamanı  bir neçə polis yaralanıb.
Güc strukturlarına  toyun keçirilməsi haqda məlumatı qəsəbə sakinləri çatdırıb.  Onlar  toyda İtamardan olmayan  təxminən 100 nəfərin iştirak etdiyini bildirib.
Dağılışma tələbini yerinə yetirməkdən imtina edən  onlarla toy iştirakçısı polisə daş və başqa əşyalar atmağa başlayıb. 3 polis əməkdaşı yaralanıb və tibbi yardım üçün təxliyyə olunub.
Hadisə yerinə əlavə qüvvələr cəlb edilib.
Gununsesi.info