İsraildə yeni iddia: - Netanyahu kritik iş dəyişiklikləri planlaşdırır

  • Müəllif: Orxan
  • 06 Noyabr 2024 10:44

Baş nazir Benyamin Netanyahu müdafiə naziri Yoav Gallantı istefaya göndərib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu qərardan sonra İsrail mətbuatı Netanyahunun Baş Qərargah rəisi Herzi Halevi və Şin-Bet sədri Ronen Barın da vəzifədən azad ediləcəyini yazıb.

Baş nazirlik bu xəbərləri təkzib edib.

Bəyanatda bu xəbərlərin cəmiyyətdə “ayrı-seçkilik yaratmaq üçün edildiyi” iddia edilib.

İsraildə bir çox insan bu qərara etiraz etmək üçün küçələrə axışıb . Nümayişçilər küçələri nəqliyyatın hərəkətinə bağlayıb, od yandıraraq Netanyahu hökuməti əleyhinə şüarlar səsləndiriblər.

Orxan Saffari

Gununsesi.info