“İşsiz, pulsuz, ümidimin hər yerdən üzüldüyü vaxtlarda güvənc yerim oldu…” - Tanınmış jurnalistdən "Kaspi"yə təbrik

  • By admin
  • 13 Dekabr 2016 10:25

azer-sariyev-300x287

Bu qəzetin həyatımda xüsusi yeri var. 1999-cu ildə işsiz, pulsuz, ümidimin hər yerdən üzüldüyü vaxtlarda əlimdən tutdu, güvənc yerim oldu.

Gələcək uğurlarım üçün bazis oldu. Boynumdakı haqqını heç vaxt unutmaram. Mənim kimi neçə-neçə insan üçün ümid yeri, sığınacaq, çörək təknəsi, ev, ocaq oldu. Təkcə ölkəmizin informasiya məkanında xüsusi yeri olan media vasitəsi deyil, həm də onlarla insanın qəlbində özünə yer etmiş himayədardır “Kaspi”.

Onlarla insanın taleyində əhəmiyyətli rol oynamış, həyatında müsbət mənada böyük dəyişiklik etmiş, etdiklərindən təmənna güdməyən xeyriyyəçidir “Kaspi”. “Kaspi” böyük ziyalıların əsasını qoyduğu maarifçilik missiyasını ləyaqətlə davam etdirən media məbədidir.

“Kaspi” neçə-neçə ünlü imza sahibləri yetirən və tanıdan məktəbdir. Nəhayət, dostlarımın çalışdığı, istisinə qızındığı ocaqdır “Kaspi”. Bu qəzetin əsasını qoyan böyük kişilərin ruhu qarşısında ehtiramla baş əyir, rəhbərliyini, əməkdaşlarını səmimi qəlbdən təbrik edərək davamlı uğurlar arzulayıram.

Bayramımız mübarək!

Azər Sarıyev

Gununsesi.info