İşsizləri icbari sığorta olunacaq - NAZİR

  • By admin
  • 06 Dekabr 2016 13:34
 sahin
Azərbaycan hökuməti yeni məşğulluq strategiyası hazırlayır.
Gununsesi.info xəbər verir ki,  bunu  iqtisadiyyat naziri Şahin Mustafayev  Milli Məclisdə 2017-ci il büdcəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə,  növbəti il qeyri-neft sektoru üzrə 7,4% artım proqnozlaşdırılır. 2017-2020 turizim sektorunun 7,4% artacağı proqnozlaşdırılır: “İKT sektorunda artım isə gələn il 6,7% İKT artım gözlənilir. Nəqliyyat sektorunun artımı təmin ediləcək. Nəqliyyat sektorunda 2,9% artım proqnozlaşdırlır. 2017-investisiyalar 15,3 mlrd. manat, xarici invessitiyalar 9,2 mlrd. manat olacağı proqnozlaşdırılır. 5,6 mlrd. manat qeyr-neft sektoruna investisiya yatırılacağı gözlənilir. Bir sıra infrastruktur layihələri davam etdiriləcək”- deyə, nazir vurğulayıb.
Nazir deyib ki,  respublikanın 19 rayonunda 116,7 min hektar ərazidə əlavə 26 aqroparkın yaradılması nəzərdə tutulur: “Dövlət dəstəyi tədbirlərin davam etdirilməsi, müasir texnologiyaların genişlındirlməsi nəzərdə tutulur. “Piriallahı sənaye parklında 74 mln. dollar olan zavodda 89 çeşiddə dərman olacaq. Daha 2 əczaçılıq zavodunun da tikintisinə başlanacaq. Masallı sənaye məhəlləsinə də maraq göstərilir. artıq 33 layihə təqdim olunub. Bunlar ixrac potensialının genişləndirilməsinə imkan yaranacaq”.
Nazir  Sahibkarlığın İnkişafına  Yardım Fondunun  kredit portfelinin portfeli 1 mlrd. manata çatdığını da qeyd edib.
Onun sözlərinə görə, bankların 52 mln.. manat əsas kredit borcu var. Bu da fondun kredit portfelində 5,7 % təşkil edir: “Yeni məşğulluq strategiyası hazırlancaq. İşsizlikdə icbari sığorta yaradılacaq. Bununla da  məşğulluq proqramının icrası davam etdiriləcək”.
Mürtəza
Gununsesi.info