
“Aprel döyüşlərindən bir il keçməsinə baxmayaraq , Qarabağ münaqişəsinin tənzimlənməsində vəziyyət həddən artıq təhlükəli mərhələdədir. Beynəlxalq aləm ya müharibəni gözləməlidir, ya da münaqişənin həllində diplomatik şok terapiya yolunu seçməlidir”.
Gununsesi.info xəbər verir ki, bu fikri tanınmış politoloq Lourens Broers “Chatham House” informasiya portalında yazıb.
L.Broers bildirib ki, son bir ildə Qarabağ münaqişəsinin tənzimlənməsində hər hansı proqressə nail olunmayıb, əksinə, vəziyyət həddən artıq gərginləşib, təhlükəli bir həddə çatıb:
“İstənilən an hərbi toqquşma baş verə bilər”.
Məqalə müəllifi hesab edir ki, əgər ATƏT öz ərazisində belə genişmiqyaslı münaqişəni həll etməyə hazır deyilsə, o zaman təcili olaraq beynəlxalq aləmin səyi ilə münaqişənin sülh yoluyla həlli yönündə alternativ strategiyanı hazırlamalıdır.
Mürtəza
Gununsesi.info











