Gununsesi.info bunu sübut edən bir sıra parlaq milli mətbəx nümunələrini təqdim edir:

Balyut – içərisində artıq inkişaf etmiş embrionla qaynanmış ördək yumurtası. Bu delikatesi cənub-şərqi Asiya ölkələrində dadmaq olar.

Vyetnamda ilan və əqrəblərdən şərablar hazırlayırlar. Xalq təbabətində tətbiq edilən bu içki güclü afrodiziak hesab edilir.

Şiokara – qıcqırdılmış içlikdən olan sousda hazırlanmış dəniz məhsullarından ibarət yapon yeməyidir.

Yüzillik yumurta – Çində məşhur qəlyanaltıdır. Bir neçə həftə və ya ay gil, kül və duzun qarışığında saxlanılmış yumurtadır.

Qızardılmış hind donuzu – Cənubi Amerikanın bəzi regionlarında, həmçinin Peruda məşhur yeməkdir.

Qızardılmış tarantula. Kambocanın istənilən bazarından almaq olar.

Qana batmış tofu – Çində məşhur delikatesdir. Donuz qanından hazırlanır.

Dəniz kirpilərinin kürüsü çiy halda qidada istifadə olunur. Bu delikates daha çox Yaponiyada məşhurdur. Kürüdən suşi hazırlanmasında tətbiq olunur.Dəniz kirpisinin kürüsünün kiloqramı təxminən 450 ABŞ dolları təşkil edir.

Smalaxove – pörtlədilmiş qoyun başıdır, Norveçdə məşhur milad qidası hesab olunur. Bu yemək çox vaxt kartofla süfrəyə verilir.

Mal əti beyiniylə sendviçlər ABŞ-ın cənub ştatlarında, xüsusilə Missuridə məşhurdur.

Kasu Marsu – tərkibində pendir milçəyinin canlı sürfələri də olan italyan pendiri.

Quş yuvalarından şorba – delikatesdir. Cənub-şərqi Asiya ölkələrində dadmaq olar. Suda həll edilmiş yeməli quş yuvaları şirintəhər tama malikdir.

Qarğıdalının qabarcıqlı sürməsi – Meksika mətbəxinin çox yeməklərinin ənənəvi inqrediyentidir.

Buxarda hazırlanmış və ya qaynadılmış barama qurdu pupu – Cənubi Koreyada məşhur küçə yeməyidir.

Haukal – açıq havada qurudulan köpək balığının ətindən ibarət İslandiya milli yeməyidir.

Gununsesi.info