İstanbul Hərbi Akademiyasında əməliyyat

  • By admin
  • 25 İyul 2016 10:40

harb

 

Fətullahçı Terror Təşkilatınını (FTT) Türkiyədə hərbi dövlət çevrilişinə cəhdiylə bağlı ilkin sorğulama əsasında əldə edilən məlumatdan qaynaqlanaraq, İstanbulda Hərbi Akademiyanın Binasında mindən çox polisin iştirakıyla əməliyyat keçirilib. Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, İstanbul Terrorla Mübarizə İdarəsinin rəhbərliyi və özəl hərəkət heyətinin də iştirak etdiyi çoxlu sayda polis 4. Ləvəntdəki Hərbi Akademiyanın Komandirliyinə gəliblər. Çevik Qüvvələr Heyəti başda olmaqla digər polis dəstələri və xüsusi təyinatlıların da iştirak etdiyi əməliyyatçılar 2 nömrəli Nizamiyədən Hərbi Akademiyaya daxil olublar.

Qeyd edək ki, bu saatlarda Polis dəstələrinin içəridəki çalışmaları davam edir. Eyni zamanda, mülkü vətəndaşlar əllərində bayraqlar Akademiyanın qarşısında əməliyyatın nəticəsini gözləməkda davam edirlər.

Gülnaz Qənbərli