İstanbulda ağır yol qəzası - 12 NƏFƏR YARALANIB

  • Müəllif: admin
  • 03 Fevral 2018 09:10

İstanbulda ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Esenyurt- Baxçaşəhər yolunda 10 avtomobil toqquşub.

Zəncirvari qəza nəticəsində 12 nəfər xəsarət alıb. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralılar xəstəxanaya qaldırılıb.

Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.

Gununsesi.info